Azərbaycanda əhalinin artımı bizi qane edir. Bu, ölkə əhalisinin artımına müsbət təsir göstərəcək səviyyədədir. Azərbaycanda əhalinin artımı bizi qane edir. Bu, ölkə əhalisinin artımına müsbət təsir göstərəcək səviyyədədir.

“Bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq”

Azərbaycanda əhalinin artımı bizi qane edir. Bu, ölkə əhalisinin artımına müsbət təsir göstərəcək səviyyədədir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin ötən ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəmizdə əhalinin sayı hər il orta hesabla 1,3 faiz artır.

Baş nazirin müavini əlavə edib ki, təxminən 25 il əvvəl Azərbaycanın 7 milyon əhalisi var idi. İndi isə ölkə əhalisi 10 milyona yaxınlaşır.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar insanların mənzil tələbatının ödənilməsi üçün çox ciddi layihələr həyata keçirilir:

"Bununla əlaqədar Prezident tərəfindən müəyyən işlər görülür. Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi nəticəsində gənclərimizin mənzillə təmin olunması istiqamətində bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq".