Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilir.

Ölkənin dini xəritəsi hazırlandı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilir.



Komitədən bildirilib ki, dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün DQİDK bir neçə ay öncə yeni rəsmi saytının hazırlanmasına qərar verib. Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Bundan başqa, yeni veb saytda Azərbaycanda olan məscidlər, kilsələr, sineqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib.


Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər.

AzNews.az