Şəhərdə susuzluqdur - SƏBƏB

Xırdalan sakinlərini yağış suyu içməyə nə vadar edir?


Bu gün səhər saatlarından başlayaraq Xırdalan şəhərində içməli su qıtlığı yaranıb.

Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, əhali suya olan tələbatlarını ödəməkdən ötrü Biləcəri qəsəbəsinə gedir və oradan müxtəlif qablarla gətirirlər. Bu xəbər redaksiyamıza gecə saatlarında daxil olduğundan içməli suyun kəsilmə səbəbini Abşeron Rayon Su- Kanal idarəsi ilə dəqiqləşdirə bilmədik.

Ancaq sakinlər deyir ki, elə ki, havaya bulud gəldi, sular həmişə kəsilir:

"Bu işə məsul olan şəxslər görünür, yağış və ya qar sularından istifadə etməyimizi məsləhət görürlər. Belə olmasaydı, yağış və ya qar yağan kimi sular kəsilməzdi".

Xırdalan Bələdiyyəsindən isə bildirdilər ki, yağış yağarkən suların kəsilməsi şəhərdəki kanalizasiya sisteminin yaxşı işləməməsi ilə bağlıdır:
"Yağış və ya qar yağanda mövcud kanalizasiya sistemi daşır, ona görə də Su- Kanal İdarəsi vəziyyətdən çıxmaq üçün əhaliyə içməli suyun verilməsini dayandır ki, müəyyən qədər də olsa bu daşmanın qarşısını almaq mümkün olsun".

Nigar
AzNews.az