“Titullarım çoxdur, hansını istəyir götürsün” “Titullarım çoxdur, hansını istəyir götürsün”

Əkrəm Əylisli onu ittiham edən AYB üzvünə səsləndi - QALMAQAL

“Titullarım çoxdur, hansını istəyir götürsün”


Xalq şairi Əkrəm Əylislinin "Daş yuxuları" romanı ətrafında gedən qalmaqal pik həddə çatıb. Yazıçılar Birliyinin üzvü Eldar İsmayılov isə xalq yazıçısı üçün daha ağır cəza tədbiri seçib - "Əkrəm Əylislinin titulları əlindən alınsın".

Xalq yazıçısı Əkrəm Əylisli isə bununla bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, danışmamaq üçün özünə söz verib:

"Mən onun fikri ilə razıyam. Mənim bütün titullarımı əlimdən alıb onu iddia edən şəxsə versinlər. Görünür, o, belə titullar üçün ürəyi tökülür. Titullarım çoxdur, hansını istəyir götürsün. Amma oğul ona deyərdim ki, bu titulları özü qazansın. Mən bir az meydan vermişəm. Hamı vətənpərvərlikdən danışır, özlərini göstərir. Qoy göstərsinlər, görək nə olacaq? Kimlərsə mənə hörmət etməyə bilər, amma konstitusiyaya hörmət etsinlər. Orada xüsusi bənd var. Hər bir yaradıcı şəxs istədiyini yaza bilər. Dövlət tərəfindən isə onun hüququ qorunur".

Bahar Rüstəmli
AzNews.az