Bərdə 3 otaqlı ev, Qubada "VAZ" markalı maşın yanıb. Bərdə 3 otaqlı ev, Qubada "VAZ" markalı maşın yanıb.

Bərdədə ev, Qubada maşın yandı

Bərdə 3 otaqlı ev, Qubada "VAZ" markalı maşın yanıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonu, Susay kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.