Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və sürücü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib. Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və sürücü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.

Taksi sürücüsü müştərinin başına oyun açdı

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və sürücü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib.

ARB TV xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Mamedov saxlanılıb.

Nemət Mamedov (saxlanılan şəxs): "Zəng vurdu ki, Masazırdan Badamdarda. Gəldim apardım. Düşürdəndə mübahisə yarandı. Dalaşdıq, bir-iki sillə vurdum. Gəlib bölməyə şikayət edib ki, məni "razboy" eliyib, bıçaq diriyib, pul alıb məndən.

Polis əməkdaşları quldurluqda təqsirləndirilən Nemət Mamedovun digər cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzNews.az