Gömrükdə çay qutularında siqaret aşkar edilib. Gömrükdə çay qutularında siqaret aşkar edilib.

2500-dən çox siqaret aşkarlandı

Gömrükdə çay qutularında siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X RAY" markalı texniki nəzarət vasitəsi ilə baxış keçirilib.

Yoxlama zamanı əl yükünün içərisindəki çay qutularından gömrük nəzarətindən gizlədilən 2520 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.