Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu martın 31-də qeyri-sabit hava şəraiti ilə bağlı küləyin sürətini açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu martın 31-də qeyri-sabit hava şəraiti ilə bağlı küləyin sürətini açıqlayıb.

Ötən gün əsən güclü küləyin sürəti açıqlandı- Rəsmi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu martın 31-də qeyri-sabit hava şəraiti ilə bağlı küləyin sürətini açıqlayıb.

Qurumun direktor əvəzi Gülşad Məmmədova AzNews.az-a bildirib ki, şimal-qərb küləyinin maksimal sürəti 20-25 m/san təşkil edib:

Bakı, Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-38 m/san kimi güclənib.

Gülşad Məmmədova gecəyə doğru küləyin zəiflədiyini bildirib:

Bu gün mülayim cənub küləyi əsəcək. Gün ərzində mülayim hava şəraiti davam edəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az