"Binə" ticarət mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat

FHN "Binə" ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.

AzNews.az FHN-nin rəsmi saytına istinadən istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 m2 olan geyim mağazalarının tavanları ümumilikdə 22 m2 sahədə yanıb.

Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.