Aksiyaya qoşulmaq üçün 200 min nəfərə dəvət göndəriləcək... Aksiyaya qoşulmaq üçün 200 min nəfərə dəvət göndəriləcək...

Gülər Əhmədova ilə bağlı yeni kampaniya başladı

Aksiyaya qoşulmaq üçün 200 min nəfərə dəvət göndəriləcək...






Facebook sosial şəbəkəsində Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yeni kampaniyaya start verilib. Modern.az-ın məlumatına görə, gənclərin təşkil etdiyi kampaniya belə adlanır: "Gülər Əhmədova olayı çözülsün!".

Kampaniyanın əsas tələbi Gülər Əhmədova ilə bağlı hadisələrin sona çatması, cinayətkarların layiq olduqları kimi cəzalandırılmasıdır. Kampaniya Facebook-da martın 1-dək davam edəcək. Kampaniyaya qoşulmaq üçün ayrıca "Gülər Əhmədova olayı çözülsün!" adlı səhifə yaradılıb və bildirilib ki, 200 mindən çox istifadəçiyə dəvət göndəriləcək.
Aksiyanın sonunda "Gülər Əhmədova olayı çözülsün!" adlı kampaniya çərçivəsində geniş tədbirin keçiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, MSK 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda sabiq deputat polis nəzarətinədir, istintaq gedir.

AzNews.az