"Düşünürəm ki, hətta qanunların mövcudluğu belə bunun qarşısını ala bilməz. İctimai nəzarət də lazımdır." "Düşünürəm ki, hətta qanunların mövcudluğu belə bunun qarşısını ala bilməz. İctimai nəzarət də lazımdır."

“Dedilər ki, yediyin kabab eşşək ətindəndir”- Millət Vəkili

"Düşünürəm ki, hətta qanunların mövcudluğu belə bunun qarşısını ala bilməz. İctimai nəzarət də lazımdır."

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən də leş ətlərinin satılmasının qarşısını almaq mümkün olmayacaq.

Ona gördə də ciddi şəkildə polis orqanları ilə baytarlıq idarələri əməliyyatlar keçirməlidir. O ki qaldı qanunvericilik qaydasına, hüququn bir mənbəyi də adətdir. Bizim adətimiz var və bu qanun şəklini almalıdır. Müsəlman xaqları var, məsələn qazaxlar, qırğızlar, bunlar at əti yeyir. Azərbaycanda isə bu əti yeyən yoxdur. Bizim milli mətbəximizdə at və eşşək əti yoxdur. Düşünün, bir insan ləzzətlə kabab yeyir. Gəlib ona dedilər ki, yediyin kabab eşşək ətidir, o, hansı vəziyyətə düşər? Onda psixoloyi problem və eyni zamanda müxtəlif xəstəliklər yaranar.

Tahir Kərimli məsələnin cinayət məcəlləsində xüsusi maddə şəklində yer almasına ehtiac olduğunu deyib:

Özlərinin tamahına görə, insanlara at və eşşək, qocalmış inək və müxtəlif ölkələrdən heyvan əti gətirib kolbasa şəklində yedizdirirlər. Bunun hüquqi nizamnaməyə salınmasına ehtiyac var.

Deputat onu da əlavə edib ki, Ağsu rayonun Nuran kəndində bir eşşək 50 manata satılır:

Bir neçə il əvvəl bu kənddə yas məclisində idim. Dedilər ki, nə qədər eşşək var, hamısını 50 manatdan alıb aparıblar.

Bahar RÜSTƏMLİ

AzNews.az