Aprelin 4-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar vuran qadının səhhəti normallaşıb. Aprelin 4-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar vuran qadının səhhəti normallaşıb.

Metroda baş verən insidentin səbəbi məlum olub - Qadın intihar edib?

Aprelin 4-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar vuran qadının səhhəti normallaşıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, xəstənin müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşov bildirib ki, hadisə nəticəsində xəsarət alan qadın hazırda reanimasiya şöbəsindən palataya köçürülüb:

"Hadisənin baş vermə səbəbləri məlum olub. Əvvəl deyirdilər ki, guya qadın intihara cəhd edib. Amma araşdırma zamanı məlum oldu ki, bu, intihara cəhd deyil. Sadəcə, qatar gözləyən qadının qəfil təzyiqi qalxıb və o, müvazinətini saxlaya bilməyərək platformaya daxil olan qatarın güzgüsünə dəyib. Hazırda onun vəziyyətində həyatı üçün təhlükə yoxdur, müalicəsi davam etdirilir".

Qeyd edək ki, hadisə aprelin 4-də günorta saatlarında metronun "20 yanvar" stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynəlabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib.

Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.