- Köhnə - Cəmiyyət
- 7 Aprel 2017 10:52
- 4 803
Dənizdə tapılan meyit itkin düşən neftçinin imiş - Açıqlama

Dekarın 15-də Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının dənizə uçması nəticəsində itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.
Bu barədə AzNews.az-a Neftçilərin Hüquqlarının Müdafiəsinin sədri Mirvari Qəhrəmanlı bildirib. O, qeyd edib ki, aprelin 6-da dənizdən tapılan meyit Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən Zülfüqarov Azaya məxsusdur .
Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadası dənizə düşüb. Hadisə zamanı Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köşkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaş itkin düşüb.
Bahar RÜSTƏMLİ
AzNews.az