- Köhnə - Cəmiyyət
- 10 Aprel 2017 16:29
- 4 265
Səfirliklərin fəaliyyəti yoxlanılıb - 19 nöqsan aşkarlanıb

Hesablama Palatası Azərbaycan Respublikasının 3 səfirliyində 19 nöqsan aşkarlayıb.
AzVision.az xəbər verir ki, bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan və Bolqarıstanda fəaliyyət göstərən səfirlikləridir.
Adıçəkilən səfirliklərdə büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 7 (Tacikistan-3, Qırğızıstan-3, Bolqarıstan-1) muhasibat uçotu və hesabatlılıqla bağlı 11 (Tacikistan-6, Qırğızıstan-3, Bolqarıstan-2) nöqsan aşkarlanıb.
Həmçinin Azərbaycanın Qırğızıstandakı səfirliyində büdcə gəlirlərinin hesablanılması, yığılması və ödənilməsi üzrə 1 nöqsan aşkar edilib.
AzNews.az