Təhsil Nazirliyi bu ildən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ödənişli olması nəticəsində sənəd verənlərin sayının kəskin azalması və bunun gənclərin gələcək təhsillərinə təsiri barədə səslənən fikirlərə münasibət bildirib. Təhsil Nazirliyi bu ildən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ödənişli olması nəticəsində sənəd verənlərin sayının kəskin azalması və bunun gənclərin gələcək təhsillərinə təsiri barədə səslənən fikirlərə münasibət bildirib.

“Birinci dəfə ödənişsizdir, yalnız ikinci dəfə...” - Nazirlikdən ödənişli imtahanla bağlı açıqlama

Təhsil Nazirliyi bu ildən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ödənişli olması nəticəsində sənəd verənlərin sayının kəskin azalması və bunun gənclərin gələcək təhsillərinə təsiri barədə səslənən fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, ölkədə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasından sonra bir sıra normativ sənədlərdə dəyişikliklər edilib. Qəbul imtahanlarının ödənişli olması da bundan irəli gəlir: Nazir müavini qeyd edib ki, ölkə başçısının sərəncamına əsasən, bu il ilk dəfə imtahan verəcək şəxslərin imtahanlarda iştirakı dövlət vəsaiti hesabına ödəniləcək:

“Bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanında iştirak etmək ödənişsiz. Tətbiq olunan yeniliklərdən biri də odur ki, artıq bakalavriatura səviyyəsinə qəbul imtahanlarında abituriyentlər 1 dəfə deyil, 2 dəfə iştirak etmək hüququ əldə edirlər. Bu, bir sıra məqamlarda uzun illər mütəxəssislər arasında müzakirə predmeti idi. Valideynlər, müəllim kollektivləri müraciətlər edirdi ki, abituriyentlərə şans bir neçə dəfə verilsin. Çünki burada psixoloji sıxıntı məqamları ola bilərdi. İnsan yalnız bir dəfə imtahanda iştirak etmək imkanının olduğunu biləndə onun üçün müsbət nəticə əldə etmək daha çətin olur. Bu prizmadan yanaşdıqda artıq bu ildən abituriyentlərin imtahanda bir dəfədən artıq, 2 dəfə iştirak etmək hüquqları var. Onlar bundan istifadə də edə bilər, istifadə etməyə də bilər. Birinci dəfə bu imtahanlar ödənişsizdir, yalnız ikinci dəfə imtahanlarda iştirak etdikdə mütləq ödəniş olmalıdır”.

AzNews.az