- Köhnə - Cəmiyyət
- 13 Aprel 2017 18:06
- 4 244
Sabah Bakının bu ərazisində su olmayaq

Sabah Bakının Pirallahı rayonunda suyun verilişi məhdudlaşdırılacaq.
AzNews.az "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.