İsmayıllı rayonunda 3 kəndi birləşdirən körpü artıq keçilməz vəziyyətdədi. İsmayıllı rayonunda 3 kəndi birləşdirən körpü artıq keçilməz vəziyyətdədi.

3 kəndi qorxudan körpü - Buradan keçmək cəsarət istəyir (Video)

İsmayıllı rayonunda 3 kəndi birləşdirən körpü artıq keçilməz vəziyyətdədi.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, 1 ilə yaxındır ki, daşqınlar nəticəsində yararsız hala düşən körpü hələ də təmir olunacağı günü gözləyir. Sakinlərsə, hər gün canlarını təhlükəyə ataraq həmin körpdən keçməli olurlar. Avtomobillər isə çayın içindən keçərək mənzil başına çatmağa çalışırlar. Əgər suya batmasalar... Körpünün indiyə qədər bərpa olunmamasının səbəblərini Leyla Nadirqızı araşdırıb.

İsmayıllının Qarakolluq kəndindən keçən Dəvəbatan çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Qarakolluq, Yenikənd və Şükürçü kəndlərini birləşdirən körpünü 2016-cı ilin iyun ayında baş verən güclü yağıntılar və sel yararsız hala salıb. Bununla belə təhlükəli körpüdən insanlar istifadə etmək məcburiyyətindədirlər.

Alternativ yoldan istifadə edənlərsə axar çaydan ehtiyyat edirlər. Çay yük avtomobillərinə problem yaratmasa da, kiçik avtomobillərin bəzən suda batıb qalmasına səbəb olur. Sakinlər körpünün yararsız vəziyyətdə olması ilə bağlı aidiyyatı orqanlara müraciət etsələr də, müraciətləri nəticəsiz qalıb. Məsələ ilə bağlı kənd bələdiyyəsindən isə körpünün yenidən bərpası istiqamətində iş aparıldığı bildirilib.

Artıq layihənin ilkin smetası da hazırlanıb. Vəsait ayrıldıqdan sonra işlərə başlanacaq.