- Köhnə - Cəmiyyət
- 17 Aprel 2017 09:01
- 5 231
Parkdan kişi meyiti tapıldı - Bakıda

Bakının Sabunçu rayonu ərazisində naməlum meyit aşkar edilib.
"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsindəki parkdan tapılan cəsəd təqribən 40-45 yaşlı kişiyə məxsusdur.
O, Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir.
AzNews.az