- Köhnə - Cəmiyyət
- 21 Aprel 2017 20:24
- 14 285
Tağı Əhmədovun ailəsində toy - pul yığılmayacaq

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.
AzNews.az Yeniçağ-a istinadən xəbər verir ki, T. Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.
Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də baş tutacaq.