Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub. Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.

Quba-Xaçmaz yolunda qəza - avtomobil çırpıldı, 3 nəfər yaralandı

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda qəza olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza yolun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz 2107" markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.

Fakt araşdırılır.