Qız ölən dayısının evindən oğurluq etdi - Video

Nərimanov rayonunda baş verən hadisə zamanı evdən 10 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Bakıda dayısı evindən oğurluq edən qadın tutulub. Hadisə Nərimanov rayonu ərazisindəki mənzillərin birində qeydə alınıb. Rayon sakini Lalə İspəndiyarova polisə müraciət edərək, evindən 12500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib. Dərhal Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub.