- Köhnə - Cəmiyyət
- 4 May 2017 19:43
- 5 112
Ağamda ilanlar evlərə hücum etdi - Foto
Ağdam rayonunda ilanlar evlərə hücum edib.
AzNews.az Report-a istinadən xəbər verir ki, Əfətli kəndində daha çox müşahidə edilən sürünənlər insanlara hücum etməkdən də çəkinmirlər.
Kənd sakini Razi Hüseynov uşaqların yatdığı otaqda gördüyü ilanlardan ikisini öldürüb, bir neçəsi qaçmağı bacarıb.
Sakinlər sürünənlərin ötən illərə nisbətən daha böyük olduqlarını və həyətlərdə oynayan azyaşlılar üçün tamamilə təhlükə mənbəyinə çevrildiyini bildiriblər. Onlar hesab edirlər ki, ilanların bu vaxt üzə çıxmasına əsas səbəb ermənilərin təmas xəttində törətdikləri yanğınlar və tez-tez atəşkəsi pozmalarıdır. sakinlər vəziyyətdən çıxış yolu kimi aidiyyəti qurumlardan kömək istəyirlər.
Qeyd edək ki, son illər işğal altındakı ərazilərdən vəhşi heyvanların və sürünənlərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə miqrasiyası xeyli artıb.