“Azərbaycan hökuməti turizmi inkişaf etdirmək siyasəti yürüdür. Bura gələn nümayəndə heyətlərinin üzvləri, ailə üzvləri və dostları, təmsil etdikləri potensial turistlərdir”. “Azərbaycan hökuməti turizmi inkişaf etdirmək siyasəti yürüdür. Bura gələn nümayəndə heyətlərinin üzvləri, ailə üzvləri və dostları, təmsil etdikləri potensial turistlərdir”.

“Azərbaycan turizmi inkişaf etdirmək siyasəti yürüdür”- Əli Həsənov

“Azərbaycan hökuməti turizmi inkişaf etdirmək siyasəti yürüdür. Bura gələn nümayəndə heyətlərinin üzvləri, ailə üzvləri və dostları, təmsil etdikləri potensial turistlərdir”.

AzNews.az "publika"-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, onlar Azərbaycanda inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın qonaqpərvərliyini görürlər:

“Bu baxımdan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin Forumda çıxışı ölkəmizin regionda və dünyadakı yürütdüyü proqram xarakterli siyasəti anladıb. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı və aparılan müzakirələr göstərir ki, Azərbaycan bu Forumdan maksimum istifadə edir”.

Prezidentin köməkçisi qeyd edib ki, ötən il Azərbaycanda “Muültikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub:

“Azərbaycanın yürütdüyü siyasət xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun güclənlirilməsi, islam həmrəyliyinə nail olunmasıdır. Forum Azərbaycan dövlətinin bu sahədə elan edilən siyasətinə uyğundur”.