- Dünyanın halı
- 21:32
- 1 051
Suriya XİN SDQ ilə atəşkəs müddətinin uzadılmadığını açıqlayıb
"Suriya Demokratik Qüvvələri" (SDQ) üçün atəşkəs müddəti uzadılmayıb.
Aznews.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlaması "SANA" agentliyi tərəfindən yayılıb.
Bildirilib ki, SDQ dəfələrlə atəşkəs müddətinin uzadılmasını vaxt qazanmaq üçün istəyir.
"SDQ hələ də hökumətin təkliflərinə müsbət reaksiya vermir və daim atəşkəs rejimini pozur" , - nazirlikdən qeyd olunub.
Məlumatda deyilir ki, atəşkəs rejiminin dəfələrlə pozulması və SDQ tərəfindən reaksiyanın olmaması daxili fikir ayrılıqları və xarici amillərin təsirini qabardır.
"Bütün ağır, orta və yüngül silahlar daxili və xarici təhlükəsizlik təhdidlərindən müdafiəni təmin edən Müdafiə və Daxili İşlər Nazirlikləri vasitəsilə Suriya dövlətinin nəzarətində olmalıdır" ,- açıqlamada qeyd edilib.
PKK-nın Suriyaya daxil olması isə beynəlxalq və Suriya qanunlarının pozulması kimi xarakterizə edilib.