Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Ələtdə döyüş sursatı tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunmuşdur.

Mütəxəsislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:30-da başa çatıb.