Bakıda avtomobil yandı

Səbail rayonunda “BMW” yanıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq şinləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.