Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Şimşək çaxacaq, yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz oluanacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.