“İyin ayının 7-dən məcburi sığortası olmayan avtomobillər radar vasitəsi ilə müəyyənləşdiriləcək.” “İyin ayının 7-dən məcburi sığortası olmayan avtomobillər radar vasitəsi ilə müəyyənləşdiriləcək.”

“Azərbaycanda avtomobil insandan dəyərlidir”- Millət vəkili

“İyin ayının 7-dən məcburi sığortası olmayan avtomobillər radar vasitəsi ilə müəyyənləşdiriləcək.”

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, bunu normal bir tələb hesab etdiyini vurğulayıb:

“Qəza risqlərini nəzərə alaraq bu qaydaya əməl olunmasının sürücülərdən tələb edilməsi yaxşı haldır. Ancaq burada sistemli bir proses öz əksini tapmalıdır. Avtomobil hansısa qəza törətdikdə, hansısa zədələnməllər olduqda özbaşınalıqla məşğul olan sığorta şirkətlərindən sığorta pulunu almaq xeyli müşkülə çevrilir. Qabadayı formada bildirilir ki, ya sövdələşməyə gedib məbləğin bir hissəsini ala bilərsən, ya da heç nə verilməyəcək. Məhkəmə yolu ilə də məsələnin həllində yenə də himayəsi güclü olan sığorta şirkətləri qazanclı çıxır.”

Deputat qeyd edib ki, avtomobillərin məcburi sığortası daha aktual məsələni gündəmə gətirib:

“Azərbaycanda insan dəyərlidir, yoxsa avtomobil? Özünüzü yormayın və bu testə cavab üçün aylarla repititor yanına getməyə də gərək yoxdur. Yəni cavabın A, B və ya C variantı yoxdur. "Əlbəttə, avtomobil!" ən doğru cavabdır. Çünki əlahəzrət məntiq nə deyir, avtomobil üçün tələb olunan məcburi sığorta illərdir insan üçün tələb olunmur. İllərdir məcburi tibbi sığortadan danışırıq, ancaq insan dəyər etibarı ilə avtomobil olmadığına görə bunun üzərindən sükutla keçilir. Nəhayət ki, haçansa eşitməyimiz mümkün olacaqmı ki, kimin məcburi tibbi sığortası olmasa, onları bir-bir tapıb sığortalayacaqlar? İki rayonda pilot layihəsi həyata keçirilir, çox müsbət bir başlanğıcdır, ancaq bunu uzatmağa nə ehtiyac var? Dərhal bütün Azərbaycan ərazisində məcburi tibbi sığortaya keçməklə avtomobillərin insanlara yekəxana baxmasının da qarşısını almış olaraq.”

Bahar RÜSTƏMLİ

AzNews.az