Rusiyada saxlanılan həmyerlimiz barədə maraqlı faktlar Rusiyada saxlanılan həmyerlimiz barədə maraqlı faktlar

3 yol polisinə xəsarət yetirən şəxs “avtoş” çıxdı

Rusiyada saxlanılan həmyerlimiz barədə maraqlı faktlar


Moskvada idarə etdiyi xarici markalı maşınla 3 yol polisi əməkdaşına xəsarət yetirən azərbaycanlı barədə əlavə məlumatlar yayılıb. Həmin şəxsin Rusiyada qanunsuz yaşadığı məlum olub. Bu barədə məlumatı "İnterfaks" Rusiya DİN-ə istinadən yayıb. Polisin məlumatına görə, həmyerlimiz saxlanılıb və Cinayət Məcəlləsinin 18.8 maddəsi ilə barəsində iş açılıb.

Araşdırma nəticəsində məlum olub ki, hadisəni törədən 42 yaşlı azərbaycanlı bundan əvvəl də yol hərəkəti qaydalarını pozmağa görə dəfələrlə saxlanılıb. Təkcə 2012-ci ildə onun 6 dəfə yol hərəkəti qaydaların kobud şəkildə pozduğu bildirilir. Bura maşını dövlət nömrə nişanı olmadan idarə etmək, sürət həddini aşmaq və piyadalara qarşı qaydaları pozmaq daxildir.

Xatırladaq ki, həmyerlimiz fevralın 10-da 3 yol polisi əməkdaşına maşınla xəsarət yetirmişdi.

Elnarə
AzNews.az