- Köhnə - Cəmiyyət
- 8 İyun 2017 19:52
- 2 428
Bakıda beşmərtəbəli binada yanğın olub

Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 900 m2 olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 m2 sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 m2 olan mənzillərin yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.