308 qoyununu ildırım vuran sahibkar xalqa üz tutdu: “Qolum sındı, belim qırıldı, kömək edin”

Qəbələ sakini ildırım vuran 308 qoyunun ölümünə aydınlıq gətirib.

Qoyunların sahibi Qəbələ rayonu Laza kənd sakini İsmayılov Həsrəd AzNews.az-a açıqlamasında hər şeyin bir anın içində baş verdiyini bildirib:

“Mən illərdir ki, təsərrüfatla məşğulam. Qoyunlar qazanc, çörək yerim idi. Qurban olduğum bu təsərrüfatı mənə verdiyi kimi bir gündə də aldı. Həmin günü ildırım çaxırdı. Birdən şüşə partlayan kimi səs gəldi. Elə o anda 308 baş qoyun bir anın içində leş oldu. Mənimlə qoyunların arasında 15 metr məsafə vardı. Çobanlar da məimlə idi. 15 dəqiqə şokda olduq. Bizim yerimiz quru idi, ona görə bizə təsir etməmişdi. Ayılanda baxdım ki, bir qoyun qalmayıb. 1983-cü ildən bu günə kimi olan əziyyətim bir anın içində getdi. Düzdür, qoyunlarım qalıb, qalmasaydı ondan yaxşıd. Qolum sındı, belim qırıldı. Mən neyəyəcəm?”

İsmayılov Həsrəd vurğulayıb ki, qoyunların leşi elə dağlarda qalıb: “Kimə lazımıdır? Çökək yerə yumalayıb quzğulara buraxdıq. Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib və hadisə yerinə baxış keçirilib. Amma hələlik bir irəlləyiş yoxdur. Xalqa müraciət edirəm, mənə dəstək olun. Dövlət və onun sahibkarları imkan yaratsın ki, bu təsərrüfatı yenidən qura bilək.”

Bahar RÜSTƏMLİ

AzNews.az