"Heç bir tələbəni müəllimin ayağına verməyəcəm" - Kamal Abdulla

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla bu gün universitetin akt zalında IV İslam Həmrəyliyi Oyunlarında çalışan universitetin 1000 nəfərə yaxın könüllü tələbəsinin böyük bir qrupu və akademik borcu olan tələblərlə görüşüb.

Universitetdən BAKU.WS-ə verilən məlumata görə, rektor xatırladıb ki, ADU onun üçün əziz yerdir, uzun illər burda çalışıb, yenidən doğma kollektivə qayıtdığı üçün özünü xoşbəxt hiss edir: "Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, eyni zamanda heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm”.
Rektorun bu fikirləri alşıqlarla qarşılanıb.

Sonda Kamal Abdulla tələbələrin imtahanla bağlı, dərs prosesində olan problemlər, dərs vəsaitlərinin çatışmaması ilə əlaqədar suallarını cavablandırılıb.

AzNews.az