- Köhnə - Cəmiyyət
- 12 İyun 2017 10:48
- 4 527
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlər iyunun 16-dək davam edəcək.