Göygöl rayonunda kütləvi dava baş verib. Göygöl rayonunda kütləvi dava baş verib.

Göygöldə kafelərdən birində kütləvi dava olub

Göygöl rayonunda kütləvi dava baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir şossesində, Gəncə Beynəlxalq Hava Limanının yaxınlığında kafelərdən birində qeydə alınıb.

Belə ki, Bakıdan Şəmkirə gedən iki nəfər - 1982-ci il təvəllüdlü Yusif Ələkbər oğlu Rəhimov və onun dostu, 1983-cü il təvəllüdlü Zülfüqar Abbas oğlu Əliyevlə kafedəki naməlum şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə onların hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Onların hər ikisi Şəmkir rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır.