Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir. Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir.

Sabahdan bulvarın bağlı hissəsi açıq olacaq

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, artıq Formula 1-in rəsmiləri, komandalar, xarici media nümayəndələri Bakıya gəlir: “Yarışın keçirilməsi üçün lazım olan bütün avadanlıqlar artıq Bakıya gətirilib”.

N.Arpadarai əlavə edib ki, Dənizkənarı Bulvar ərazisində yarışma ilə bağlı bütün əyləncə vasitələri quraşdırılıb: “Sabahdan etibarən o zona bileti olan insanlar üçün açıq olacaq. Hələ ki, hər şey normal qaydada gedir. Cümə günündən etibarən konsertlər başlayacaq və 3 gün ərzində davam edəcək”.

Qeyd edək ki, iyunun 23-25-də Bakıda Formula 1 yarışları keçiriləcək.