Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı həmin ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı həmin ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.

32 eldar şamı və sərv ağacı kəsildi, nazirlik polisə müraciət etdi (Foto)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı həmin ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şikayət nazirliyin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilib. Eyni zamanda, ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

image description image description image description