ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib. ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib.

Azay Quliyev həmsədrləri tənqid etdi

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında Minsk Qrupunun həmsədrlərini tənqid edib.

AzNews.az xəbər verir ki, Azay Quliyev çıxışında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illik sessiyaya dəvət olunsalar da, onlar dəvəti qəbul etməyiblər.

”Onlar indiyədək danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Düşünürəm ki, Minsk Qrupu həmsədrləri ATƏT digər institutları ilə əməkdaşlıq etməlidirlər. Seçicilərimiz deputat olaraq bizdən hər zaman bu məsələdə inkişafın olub-olmadığı və Minsk Qqrupunun həmsədrlərinin məsələyə yanaşması barədə soruşurlar. Yenə də təklif edirəm ki, Minsk Qrupu həmsədrləri illik sessiyalarda iştirak etməyə dəvət edilsinlər”.

AzNews.az