Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən paytaxt yollarındakı piyada keçidləri hərtərəfli təhlil edilib və bu qənaətə gəlinib ki, paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri koordinasiyasız həyata keçirilən yol nişanlama və xətləmə işləridir. Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən paytaxt yollarındakı piyada keçidləri hərtərəfli təhlil edilib və bu qənaətə gəlinib ki, paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri koordinasiyasız həyata keçirilən yol nişanlama və xətləmə işləridir.

Bakıda 400-ə yaxın piyada keçidi normalara uyğun qurulmayıb - Video

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən paytaxt yollarındakı piyada keçidləri hərtərəfli təhlil edilib və bu qənaətə gəlinib ki, paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri koordinasiyasız həyata keçirilən yol nişanlama və xətləmə işləridir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyir ki, bəzi yerli qurumlar özbaşına piyada keçidləri çəkib. Halbuki, Bakı şəhərində yol nişanlama və xətləmə işləri agentliyin və Dövlət Yol Polisinin razılığı ilə həyata keçirilməlidir.

İşıqforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə zolaq olsa da, yol nişanı quraşdırılmayıb.

Agentlik piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb. Piyada və sürücülər də düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat verə bilərlər.