Şirvan şəhərində yeni “Gənclər evi”nin açılış mərasimi keçirilib. Şirvan şəhərində yeni “Gənclər evi”nin açılış mərasimi keçirilib.

Şirvanda “Gənclər evi”nin açılışı oldu

Şirvan şəhərində yeni “Gənclər evi”nin açılış mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

A. Rəhimov bildirib ki, Şirvan şəhəri də daxil olmaqla, ölkəmizdə 39 “Gənclər evi” fəaliyyət göstərir. Onun sözlərinə görə, daha 4 “Gənclər evi”nin istifadəyə verilməsi nəzərdə tutulub: “Əminəm ki, gənclərin bir araya gəlməsi, onların müxtəlif layihə və ideyaları həyata keçirməsində “Gənclər evi”nin müstəsna xidmətləri olacaq”.

Qonaqlar yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.

AzNews.az