Zəhranın 3 mərasimi - Foto + Video

Bu gün ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın 3 mərasimidir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə Füzuli rayonunun Alxalı kəndində keçirilən yas mərasimində iştirak edib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, Zəhra Qulyevanın anası Sərvinaz Quliyeva hələ də hadisənin şokundan ayılmayıb.

“Zəhranın anası şokdadır. Hiss olunur ki, ana hələ də yaşadıqlarıın təsirindən ayılmayıb. Məclis boyu gözünü bir nöqtəyə dikib dururdu. Zəhranın divardakı şəklinə baxır. Heç nə danışmır, susur...Vəziyyəti həddində artıq pisdir”.

Bahar RÜSTƏMLİ

AzNews.az