Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü kilometrlik (Bakı-Sumqayıt yolu) hissəsində nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yer aşkar edilərək aradan qaldırılıb. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü kilometrlik (Bakı-Sumqayıt yolu) hissəsində nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yer aşkar edilərək aradan qaldırılıb.

Masazır dairəsində yeni keçid hissə yaradılıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 13-14-cü kilometrlik (Bakı-Sumqayıt yolu) hissəsində nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yer aşkar edilərək aradan qaldırılıb.

AzNews.az “Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola nəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədi ilə yeni keçid hissə yaradılıb.

Nəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədi ilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib. Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.

"Azəravtoyol" ASC tərəfindən aparılmış işlər Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

AzNews.az