- Köhnə - Cəmiyyət
- 7 İyul 2017 19:33
- 5 107
Ermənilər işğal altındakı ərazilərdə yanğın törədiblər

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, erməni əsgərlərinin Ağdamın Baş Qərvənd kəndi ərazisində törətdiyi yanğın qoşunların təmas xəttinə çatıb.
Küləyin təsiri nəticəsində alovun əhatə dairəsi getdikcə genişlənərək neytral ərazilərə yayılıb.