Prezident İlham Əliyev Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Akademik Həsən Abdullayevin 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr vermiş, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.