- Köhnə - Cəmiyyət
- 15 İyul 2017 18:56
- 3 142
Bir gündə 97 cinayət törədilib
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub.