Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb. Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

Balakəndə ağır qəza - 1 nəfər öldü

Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib. Rayonun Püştətala kənd sakini, 1984-cü il təvəllüdlü Qurban Əli oğlu Alqayevin idarə etdiyi “Ford” markalı 99 DK 782 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə Balakən şəhər sakini, 1963-cü il təvəllüdlü Tofiq Əli oğlu Məcidovun idarə etdiyi BMW markalı 99 CG 855 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəzadan sonra yük maşının sürücüsü Qurban Alqayev xəsarət almasa da, BMW-nin sürücüsü Tofiq Məcidov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Tofiq Məcidovun sərnişini, Balakən rayonu Gərəkli kənd sakini, 1979-cu il təvəllüdlü Xalidə Qurban qızı Bodurova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən MRX-a aparılıb.

Balakən MRX-dan bildirilib ki, Xalidə Bodurova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.