Türkiyədəki zəlzələ Azərbaycana təsir edəcəkmi? - Seysmoloji Xidmətdən açıqlama

“Türkiyə və Yunanıstanda baş verən zəlzələnin Azərbaycana heç bir aidiyyatı yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məsul əməkdaşı Tahir Məmmədov bildirib. Onun sözlərinə görə, Türkiyədə baş verən 6,7 bal gücündə olan zəlzələlər vaxtiylə Azərbaycanda da baş verib:

“Vaxtiylə Azərbaycanda, məsələn, Şamaxıda belə zəlzələlər olub. Amma, dünən baş verən zəlzələ təkanlarının Azərbaycanda baş verməsi mümkünsüzdür”.

Türkiyənin Egey dənizi sahillərində bu gecə yerli vaxtla 01:31 radələrində rixter cədvəli ilə 6.7 bal gücündə zəlzələ baş verib. Bundan əlavə zəlzələnin episentri Yunanıstanın Kos adasında da qeydə alınıb.

Təbii fəlakət nəticəsində 90 nəfərin xəsarət aldığı bildirilir.

Bahar RÜSTƏMLİ

AzNews.az