Dövlət İmtahan Mərkəzinin (DİM) “Çağrı” mərkəzi fəaliyyətı başlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) “Çağrı” mərkəzi fəaliyyətı başlayıb.

DİM-in "Çağrı" mərkəzi fəaliyyətə başladı

Dövlət İmtahan Mərkəzinin (DİM) “Çağrı” mərkəzi fəaliyyətı başlayıb.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar – ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, DİM-in fəaliyyəti ilə bağlı təkliflərini deyə bilərlər.

“Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa "1653" nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng etmək olar.

”Çağrı” mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.

AzNews.az