Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviaturanın yeni düzülüşünü patentləşdirib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviaturanın yeni düzülüşünü patentləşdirib.

Azərbaycan dilində klaviatura hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviaturanın yeni düzülüşünü patentləşdirib.



Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMEA-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, yeni klaviaturada hərflər əlifba sırası ilə düzüləcək. Tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşınlarının əsasında yaradılıb.

Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.
Yeni klaviatura vizual görünüşcə hazırda istifadə etdiyimiyimiz klaviaturalardan fərqlənməyəcək.