Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Mirzə Fətəli küçəsi 171 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Babayev Zakir Tofiq oğlu polisə müraciət edərək bildirib ki, evindən külli miqdarda pul və qızıl oğurlanıb. Şikayətçi qeyd edib ki, iyulun 15-16 tarixilərində evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərənin şüşəsini sındıraraq mənzilə daxil olublar. Mənzildəki seyfdən 12 min manat, 1800 dollar və qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.