- Köhnə - Cəmiyyət
- 23 İyul 2017 17:45
- 2 798
Dənizdə batmaq üzrə olan 1 nəfər xilas edilib
Dənizdə batan 1 nəfər xilas edilib.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:40-da başa çatıb.